Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa çempionu olan futbolçu Rusiyada yaşadığı qorxulu anlardan danışdı

Moskva “Dinamo”sunun keçmiş futbolçusu Yurkas Seytaridis Rusiyadakı həyatını xatırlayıb. O, bizim qonşu ölkədə xeyli qorxunu anlar yaşadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Seytaridis təyyarə uçuşlarından dəhşətə gəldiyini deyib. “Çox qorxulu idi. Tapança ilə uçan adamlar vardı. Avropada belə şeyi təsəvvür etmək mümkün deyil. Burada özünüzlə təyyarənin göyərtəsinə silah götürə bilməzsiniz”, - futbolçu söyləyib.

Seytaridis Rusiyadakı tıxacları heç vaxt unutmayacaq. Futbolçu Moskva küçələrində avtomobillərin cəngəllik qanunları ilə hərəkət etdiyini bildirib: “Böyük maşınınız varsa, siz bossunuz. Fikir verdim ki, orada ya çox bahalı maşınlar olurdu, ya da çox ucuz”.

Müdafiəçi “Dinamo”da 2005/06 mövsümlərində oynamışdı. O, “Portu” və “Atletiko”da da çıxış etməyə imkan tapıb. Seytaridis Yunanıstan milli komandasının heyətində Avropa çempionu olub.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »