Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada kişilərin sayı artmayacaq

Rusiya statistika komitəsi – “Rosstat”ın gəldiyi qənaətə görə, 2036-cı ilə qədər ölkədə qadınların say çoxluğu davam edəcək. Təkcə Çukotkada kişilər hakimiyyəti əldən verməyəcək.

Bizimyol.info xəbər verir ki, “Rosstat” indi hər 1000 kişiyə 1154 qadın düşdüyünü bildirir. 17 ilə nisbət çox dəyişməyəcək: 1000-ə 1128 olacaq. Yalnız Çukotkada vəziyyətin dəyişməyəcəyi proqnozlaşdırılır. İndi burada 1000 kişiyə 956 qadın düşür. Çukotkada qadınların sayı bir az da azalacaq, 1000-ə 813 olacaq. Üstəlik, Kamçatkada da kişilərin sayı artacaq.

Rusiya İqtisadiyyat Universitetinin statistika kafedrasının dosenti Aleksandr Timofeyev deyir ki, əvvəlcə oğlanlar və qızlar təxminən eyni sayda doğulur. Statistika da buna oxşar situasiyanı göstərir. 4 yaşına qədər uşaqlar arasında 1000 oğlana 947 qız düşür.

20-25 yaşlarda vəziyyət dəyişir. Daha yuxarı yaşlarda kişilərin sayının kəskin azalması müşahidə olunur. Mütəxəssislər bunu kişi ölümlərinin riskinin yüksəkliyi ilə əlaqələndirir.

Bir müddət əvvəl Rusiya səhiyyə naziri Veronika Skvortsova rus kişilərin 70 faizinin spirtli içkilər üzündən öldüyünü bildirmişdi. Nazirliyin hesabatına görə, 2030-cu ildə kişilər ömür müddətinə görə qadınlardan aşkar geri qalacaq. Kişilər onda orta hesabla 75,8, qadınlar isə 83,7 il yaşayacaq.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »