Rusiyada qadın oğlunu kompüter oyunlarına görə qətlə yetirib.
O, 4 yaşlı övladını planşetdə oynadığına görə öldürüb.
Bizimyol.info xəbər verir ki, Leninqrad vilayətində 38 yaşlı qadın cinayət törədib. Ona məhkəmə hökm oxuyub. Övlad qatili 12 il azadlıqdan məhrum edilib.
Barışevo qəsəbəsində yaşayan qadın evə sərxoş gəlib. Oğlunun başının kompüter oyunlarına qarışdığını görüncə özündən çıxıb. Mübahisə yaranıb. Uşağın başına azı 10 zərbə endirib. Oğlan yerindəcə keçinib.