Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sorosun yaratdığı strukturlar postsovet ölkələrində ekstremist ideologiyalar formalaşdırır"

Bizimyol.info G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin (RİU) Politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya Zabitləri" Ekspert Şurasının üzvü Aleksandr Perenciyevin Oxu.Az-a müsahibəsini təqdim edir.

- XX əsrin əvvəllərindən bir sıra postsovet ölkələrində rəngli inqilablar baş verib. Bu inqilablar təkcə ölkədaxili deyil, həmçinin qlobal regional geosiyasi dəyişikliklərə səbəb olub. Onlardan bir çoxunun arxasında müxtəlif qərb institutları dayanır. Bu proseslərdə "Soros Fondu"nun nə kimi rolu olub?

- Bu hadisə və proseslərdə "Soros Fondu" birbaşa iştirak edib. Keçmiş ittifaq respublikalarında hakimiyyətlərə qarşı fəaliyyət göstərən "vətəndaş cəmiyyəti institutları" məhz onun pulu ilə yaradılıb. Soros tərəfindən yaradılan strukturların köməyi ilə postsovet ölkələrində müxtəlif ideologiya növləri formalaşıb. Diqqətlə baxsaq, bütün bu ideologiya növlərini ekstremist növlərinə aid etmək olar: faşist-millətçi, millətçi, şovinist, irqçi və s. Halbuki hər şey liberal və demokratik ideyalar adı ilə təqdim olunurdu.

Digər postsovet ölkələrində və Rusiya Federasiyasının respublikalarında ruslara və adətən, yaxında yaşayan etnoslara qarşı nifrət formalaşırdı. Belə ki, "Soros Fondu"nun köməyi ilə Rusiyada osetin-inquş münaqişəsi, Dağıstanda, Qaraçay-Çərkəzdə, Kabarda-Balkarda etniklərarası münaqişələr yaranıb. MDB dövlətlərinin cəmiyyətlərində "Soros strukturları" vasitəsilə etiraz əhval-ruhiyyəsi, eləcə də fəaliyyəti bu və ya digər postsovet ölkəsində ekstremist ideyaların artıq dövlət hakimiyyəti orqanları tərəfindən reallaşdırılmasına yönələn lobbi qrupları formalaşıb və formalaşmaqdadır.

"Soros Fondu" öz fəaliyyətini, xüsusilə, humanitar təhsil və siyasi maarifləndirmə sahəsində genişləndirib. Hazırda Rusiya politoloqları, sosioloqları, tarixçiləri, dövlət və ictimai xadimləri, iqtisadçıları və digər humanitar elmlərin nümayəndələri kitab və dərslikləri, demək olar, yenidən yazmalı olurlar. Onlar buradan ekstremist yönlü "Soros ideyaları"na, eləcə də cəmiyyətin dağılmasına və əxlaqsızlığına səbəb olan digər fikirləri təmizləyirlər. Bundan əlavə, ali təhsil sahəsində müəllim olaraq, tələbələrin praktik məşğələlərdə çıxış zamanı təqdim etdiyi slaydlara daim diqqət yetirirəm. Slaydlarda şifrələnmiş formada olsa da, çox tez-tez ekstremist informasiya nümayiş olunur.

Daim tələbələrin diqqətini bu fakta yönəltməli, onlardan internetdən yüklədikləri materiallara qarşı daha diqqətli olmalarını, tənqidi münasibət göstərmələrini tələb etməli oluram.

- "Soros Fondu" tərəfindən təbliğ olunan demokratiya Gürcüstan, Ukrayna, Ermənistan və Qırğızıstanda hansı iqtisadi, siyasi və sosial nəticələrə səbəb olub? Bu institut, ilk növbədə, əhalinin hansı təbəqəsinə təsir göstərib?

- Nəticələr, adətən, müxtəlif - sosial, mədəni, iqtisadi, dövlət-idarə, siyasi - sahələrdə deqradasiya xarakterlidir. Soros yaramaz dahi olaraq, çox yaxşı başa düşüb ki, yalnız SSRİ-nin yaranması və fəaliyyəti dövründə dövlətçiliyə malik olan və Sovet İttifaqı yaranandan öncə öz dövlət quruluşu olmayan ölkələr və onların əhalisi müstəqilliyə nail olduqda öz oxşarlıqlarını axtarmağa başlayacaqlar. Bu səbəbdən "Soros Fondu" digər qərb strukturları ilə birgə postsovet ölkələrində dövlətçiliyin əvvəlcə anti-Rusiya və antirus nifrəti üzərində, ikinci növbədə isə qərb və onun institut və dəyərləri üzərində formalaşmasına çalışıb.

Başa düşdüyünüz kimi, bu dəyərlər üzərində həmrəy cəmiyyət qurmaq mümkün deyil. Ukrayna, Gürcüstan, Qırğızıstan və Ermənistanın siyasi elitaları qədim tarixə malik olduqlarını desələr də, öz dövlətlərini idarə etmək sahəsində tarixi təcrübəyə malik deyillər. Əksər hallarda onların hörmətlə yad etdikləri qəhrəmanlar nədənsə yalnız faşist vermaxtı (hərbi qüvvələri) sıralarında SSRİ-yə qarşı vuruşanlar olur. Məsələn, Ermənistanda Qaregin Njde, Ukraynada Stepan Bandera və "Qaliçin" diviziyası.

- "Soros Fondu"nun fəaliyyəti müvəffəqiyyətlə nəticələnən ölkələrdə xarici siyasət prioritetlərinin dəyişməsi nələrə səbəb olur?

- Adətən, xarici siyasət kursunda rus mədəniyyəti və dilinə nifrət daxil olmaqla, anti-Rusiya xarakteri nümayiş olunur. Bununla yanaşı, milli təhlükəsizlik və milli maraqlar üçün riskləri nəzərə almadan, NATO və Avropa İttifaqına daxil olmaq arzusu dilə gətirilir. Və hər şeydən öncə, bu strukturlara daxil olduqda ölkələrinin suverenlik və milli bütövlüyü üçün təhlükəli olan məqamlar hesaba alınmır.

Məsələn, mən ölkələrinin Avropa İttifaqına daxil olduğuna görə təəssüflənən Moldova ordusunun zabitləri ilə ünsiyyətdə olmuşam. Onlar hesab edirlər ki, Aİ-yə üzvlük Moldovaya və onun iqtisadi inkişafına yalnız zərər vurub.

- Prezident Rəcəb Tayyib Ərdoğan "Soros Fondu"nu Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında olan qüvvələrin maliyyələşdirilməsində ittiham edib. Bundan sonra Açıq Cəmiyyət İnstitutu Türkiyədə öz fəaliyyətini dayandırıb. Soros, həmçinin Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı kampaniyanı dəstəkləyib. Bu isə ərazisi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın milli maraqlarına ziddir.

- Soros Yerevan-Ankara və Yerevan-Bakı arasında ziddiyyətlərdən istifadə etməyə çalışır. Son zamanlar Ermənistanda etirazçılar üçün kütləvi tədbirlərin uğurlu keçməsind də, sözsüz ki, "Soros Fondu"nun əli var. Hesab edirəm ki, bundan sonra da Soros regionda vəziyyətin qeyri-sabitləşməsi üçün adıçəkilən ziddiyyətlərdən istifadə etməyə çalışacaq. Lakin, fikrimcə, azərbaycandakı həmkarlarımın – politoloq, jurnalist, ictimai və dövlət xadimlərinin – əsas diqqət yetirməli olduğu məqam budur ki, "Soros Fondu" Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonla bağlı danışıqlar prosesini Azərbaycan və Ermənistan arasındakı informasiya məkanında söyüşlə əvəz etmək üçün hər yola əl atır.

Rəsmi Yerevan artıq uzun müddətdir ki, rəsmi Bakının siyasi trollinqi ilə özü də bacarıqlı şəkildə məşğul olur. Hesab edirəm ki, bu da "Soros Fondu"nun iştirakı ilə həyata keçirilir. Etiraf etmək lazımdır ki, bu fondda ictimai şüur və ictimayi rəyin olduqca bacarıqlı siyasi-psixoloji manipulyatorları işləyir.

- Daha hansı ölkələr "Soros Fondu" tərəfindən maliyyələşdirilən siyasətin qurbanı olub?

- Ən maraqlısı odur ki, "Soros Fondu" ABŞ-da (məsələn, qadınların Tramp əleyhinə hərəkatlarını xatırlayaq), (Sorosun tarixi Vətəni olan) Macarıstanda, eləcə də Yunanıstan, Fransa, Rusiya, Çin, Honq Konq və Myanmada (dinlərarası buddist-müsəlman münaqişəsini təşkil etmə cəhdi) özünü göstərib.

- Son illər ərzində "Soros Fondu"nun dünyada baş verən müxtəlif proseslərə təsiri nə dərəcədə dəyişib?

- Hazırda bir çox ölkələrdə bu və ya digər etiraz çıxışlarının idarə oluna bildiyini, eləcə də "Soros Fondu"nun yaratdığı strukturların təhlükəli olduğunu anlayırlar.

Dövlət orqanları ekspertlərlə birgə "Soros strukturları"nın fəaliyyəti ilə mübarizə mexanizmləri formalaşdırır. Bu niyyətlə maarifləndirici sahədə tədris proqramları yaradılır. Məsələn, G.V.Plexanov adına Rusiya İqtisad Universitetində Politologiya və sosiologiya kafedrasının əməkdaşları tərəfindən "Politologiya" istiqaməti üzrə təhsil alan tələbələrə "Ekstremizmlə mübarizə siyasəti", "Gənclər arasında ekstremizmlə mübarizə siyasəti" və s. kimi dərslər keçilir.

Son xəbərlər
Bütün xəbərlər »