Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 27-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106016758 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 95.0044 manat (11%) və 101.83 manat (8,29%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.1166 manat (8,57%), orta ölçülmüş qiyməti 101.2211 manat (8,53 %) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 091 000.00 manat yerləşdirilən həcmi isə 20 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 23.08.2022-ci ildir.

Hərrac iştirakçıları avqustun 28-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »