Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat universitetlərimizin dünya standartlarına uyğunlaşması üçün maraqlı təklif irəli sürür

Şanxay Reytinq Konsultasiya şirkəti "Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi"ni açıqlayıb. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən, dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu il isə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb.

Bizimyol.info-nun məlumatına görə, artıq 17 ildir Harvard Universiteti reytinqdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədir. İlk onluğa daxil olan digər universitetlər Massaçusets Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur. Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır. Azərbaycandan isə siyahıda heç bir universitetin adına rast gəlinmir.

Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Buraya universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Həmçinin akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır.

Aydın Mirzəzadə Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadənin fikirnə görə, Azərbaycanda təhsilin inkişaf etdirilməsi üçün ciddi addımlar atılır, lakin müəyyən nöqsanlar da var. Azərbaycan universitetlərinin dünya standartlarına uyğunlaşması üçün millət vəkili bir neçə təklif irəli sürüb: “Birinci təklif ali məktəblərin yataqxana məsələsinə baxılsın.Bunun üçün dövlət proqramı olmalıdır. Yataqxanalar arzu olunan səviyyədə deyil və təyinatı üzrə istifadə edilmir.Məsələn AZMİU-da 700 əcnəbi tələbə təhsil alır, yataqxana olsa onların sayı daha da artar.Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqində min universitetin sırasında Azərbaycandan yalnız Xəzər və BDU-nun adı var. Dünya reytinqinə düşməyin şərtlərindən biri müəllimlərin öz məqalələrini nüfuzlu elmi jurnallarda dərc etdirməsidir,bu istiqamət gücləndirilməlidir. Hər rektorun müşaviri olmalıdır ki, o universitet müəllimlərinin xarici elmi jurnallarda yazılarının dərc edilməsinə kömək etməlidir.

Bundan başqa xarici dil öyrənilməsini gücləndirməliyik, tələbələrimizin dil bilgisi yetərli səviyyədə deyil, bunu strateji məsələ kimi qarşıya qoymalıyıq. Son təklifim budur ki, tələbələriomizin daxil olduğu bir tək univesitetdə təhsillə kifayətlənməsinlər, ilin bir smestrini baqa bir universitetdə təhsil alsınlar. Bu xarici təcrübədə var. Bu tələbələrin dünya görüşünün artmasına gətirib çıxarar.Dünya səviyyəsinə çatmaq üçün böyük imkanlarımız var , sadəcə istifadə etmək lazımdır”,- deyə deputat bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »