Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyəzəndə ana və 3 övladı itkin düşüb

Siyəzən rayonunda ana və üç azyaşlı övladı itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı bu il iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »