Qaxda meşə yanğını başlayıb.
APA-nın məlumatına görə, hadisə rayonun Süskənd kəndi ərazisindəki meşə massivində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.