Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zərif: "Nüvə sazişi ilə bağlı üçüncü mərhələ sentyabrın 6-da başlayacaq"

"İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atacağı addımın üçüncü mərhələsi sentyabrın 6-da başlayacaq".

“Tasnim” agentliyinin verdiyi xəbərə görə, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atdığı addımın birinci mərhələsi mayın 8-də, ikinci mərhələ isə iyulun 7-də başlayıb.

Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın ticarəti qoruyacağı ilə bağlı vədləri yerinə yetirmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib.(apa)

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »