Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qayınanasını döyən kürəkən həbs edilib

Paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan, 1984-cü il təvəllüdlü Elnur Bayramov qayınanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O qeyd edib ki, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla E.Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: “İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »