Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saatlı camaatının “İmam Hüseyn müsibəti”nə bu gün son qoyulacaq – Bu gün şəhərə su veriləcək

Saatlı rayonundan Bizimyol.info saytına şikayət daxil olub. Şəhər sakinləri qaynar yay günlərində sularının kəsilməsindən narazılıq edirlər. Şikayətçilərin dediyinə görə, su qıtlığı böyük narazılığa səbəb olub. Onlar bu vəziyyəti bəzi abonentlərin su sayğaclarından kənarda qanunsuz yolla xəttə qoşulmalarına görə, yerli su idarəsinin bütün xətti bağlaması ilə əlaqələndirirlər.

Şikayətçi Vüqar Sərxanov bildirib ki, şikayət üçün zəng vursalar da, Su İdarəsindən zənglərinə cavab verilmir. Məsələ ilə bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirib ki, şikayətlərdən xəbərdardırlar.

"Azərsu" ASC "Azərsu" ASC

Rayoda həqiqətən bir neçə gündür su xəttində təmir işləri aparılır. Belə ki, əsasən Mərkəzi Bazarın ətrafını, Şəhriyar küçəsini su ilə təchiz edən kəmərdə problem yaranıbmış. İndi həmin kəmərin deşilmiş və köhynəlmiş hissələrinə yeni borular calanır. Təmir işləri bu gün yekunlaşacaq və əhali yenidən su ilə təmin ediləcək”.

Son xəbərlər
Bütün xəbərlər »