"NewScientist"də verilən xəbərə görə, Birləşmiş Ştatların Hamilton Kollecində mütəxəssislər tərəfindən qarğalar üzərində maraqlı bir araşıdrma aparılıb.
Bizimyol.info xəbər verir ki, araşdırma Kaliforniya əyalətinin mərkəzində və şəhərətrafı yerlərdə yaşayan 140 bədən kütləsi indeksinə malik qarğalar üzərində aparılıb. Qarğaların bədənindəki yağ ehtiyatları və nə qədər yaşaya bilmələri araşdırılıb.
Araşdırma nəticəsində məlum olub ki, şəhər mərkəzində yaşayan qarğalar kənd yerlərində yaşayan qarğalarla müqayisədə daha yüksək xolesterol səviyyəsinə sahibdir.
Bundan əlavə, Nyu-Yorkun kənd yerlərindəki qarğa yuvalarının yaxınlığında fast-food qalıqlarını yerləşdirərək daha bir təcrübə aparan tədqiqat qrupu qarğaların fast food məhsullarını heç yeməyənlərə nisbətən 5 faiz yüksək xolesterola sahib olduqlarını müəyyənləşdirib.
Tədqiqat qrupunun üzvü Andrea Tovnsend "İnsanlarla təmasda yaşayan bütün növlər oxşar yüksək xolesterol səviyyəsinə sahibdirlər" deyib. Qarğaların zibil qablarını qarışdırmaqda "mütəxəssis" olduğunu bildirən Tovnsend yüksək xolesterol səviyyəsinin onların sağlamlığına təsir dərəcəsinin hələ dəqiq müəyyənləşmədiyini vurğulayıb.
Qeyd edək ki, istehsal olunan qida məhsullarının davamlılığını artırmaq üçün sənayedə işlənmiş yağlara "trans yağlar" deyilir.
Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, yüksək miqdarda "trans yağ" qəbul edən şəxslərdə infarkt riski üç qat artır, piylənmə, qaraciyərin yağlanması, şəkərli diabet, Alsqeymer (yaddaş zəifliyi) və parkinson kimi nevroloji xəstəliklərə də yol açır və bu vəziyyət gənclərdə erkən yaşda ölüm riskinin artmasına səbəb olur.
Aləmdə