Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 1500 manata bir pors yemək - Foto

Dünyanın müxtəlif ölkələrində əsl qurmanlar üçün ekzotik və çox bahalı yeməklər təqdim olunur. Məsələn matsutake göbələyi- Yaponiyada delikates hesab olunan bu göbələyin bir porsu 1000 dollar qiymətinədir.

Bizimyol.info-nun məlumatına görə, Yapon – vaqyu texnologiyası ilə hazırlanmış mərmər kimi mal ətindən hazırlanan Ribey steyki 2800 dollar, bildirçin yumurtalı trüfellə, Omar və ağbalıq kürüsü 3000 dollar, yalnız Yaponiyanın Xokkaydo adasında bitən Qara densuke qarpızı 6100 dollar, Almas, albinos-ağbalıq kürüsünün bir porsunun qiyməti isə dünyanın elit və brend restoranlarında 25 min – 35 min dollar arasında təqdim olunur. Bu günə qədər məlum olan ən bahalı yemək isə yenə trüfel olub. Bizim yerlərdə onu nadirən görmək olur. Dağlıq ərazilərdə dombalan kimi tanınan yer altında bitən göbəloək növüdür. Albadan olan ən böyülk qara trufel $160 406 dollara satılıb.

Bakıdakı restoranlardan birində də əsl qurman yeməyi təklif olunur həm də elə dünyada bildiyimiz o “ dodaq uçuqladan” qiymətlərə .

“JW Marriott Hotel Absheron” hotelində yerləşən "OroNero Bar & Ristorante"nin menyusunda bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.

“Cabiale Baku Osetra Caviar” adlı bu yemək qara kürü, qaymaq və nehrə yağından ibarədir.

1520 manata bu təamın cəmi 250 qramı verilir.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »