Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atambayev axır ki, həyat yoldaşı ilə görüşdü

İstintaq təcridxanasında olan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayeva ilə görüşməsinə icazə verilib.

Virtualaz.org xəbər verir ki, bu haqda həbsdə olan keçmiş prezidentin vəkili Sergey Slesarev “Azadlıq” radiosunun qırğız xidmətinə məlumat verib.

Vəkilin sözlərinə görə, görüş avqustun 23-də baş tutub. S. Slesarev eyni zamanda Atambayevə də baş çəkdiyini və eks-prezidentin səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqustun 8-də hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub. Bundan əvvəl isə dövlət başçısının özü və tərəfdarları onu həbs etməyə gələn xüsusi təyinatlılara müqavimət göstərib, nəticədə bir xüsusi təyinatlı zabit öldürülüb.

Məhkəmənin qərarı ilə Atambayev oktyabrın 26-dək Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılmalıdır. Baş Prokurorluq sabiq prezidenti bir sıra ağır cinayətlərdə, o cümlədən Köy-Taş kəndindəki hadisələrdə, çeçen kriminal avtoritet Əziz Batukayevin həbsdənqanunsuz olaraq azad edilməsində, korrupsiyada və digər cinayətlərdə ittiham edib.Vəkil Sergey Slesarevin sözlərinə görə, Atambayevə 14 şübhəli cinayətlər barədə bildiriş verilib.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
Son xəbərlər
Bütün xəbərlər »