Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder Məmişovun qarajında dünya məşhurlarının 200-ə yaxın maşını “yatır”

Rusiyanın Sankt-Peterburq şəhərində dünya məşhurlarının avtomobillərindən ibarət muzey açıla bilər. Virtualaz.org xəbər verir ki, belə təkliflə Peterburqdakı azərbaycanlı diasporunun rəhbəri, milyarder Vaqif Məmişov çıxış edib. Məmişov şəxsi kolleksiyasındakı unikal avtomobilləri həmin muzeyə verməyə hazırdır. Bu avtomobillərin arasında Merilin Monronun gəzdiyi “CADİLLAC Eldorado Biarritz”, bəstəkar İsaak Dunayevskinin “Mercedes-Benz W136” və kosmonavt Yuri Qaqarinin “Lincoln Continental” avtomobilləri də var.

Vaqif Məmişov Vaqif Məmişov

Bildirilir ki, Məmişovun kolleksiyasında dünya məşhurlarına məxsus olmuş cəmi 200-ə yaxın avtomobil mövcuddur. Ekspertlər əmindir ki, Sankt-Peterburqda retro avtomobillərin muzeyi açılsa bu həm yaşlılar, həm gənclər arasında böyük marağa səbəb olacaq.

“Bu kolleksiyada hər maşın hansısa “texnika vahidi” deyil, tarixin bir parçasıdır. Bizim ölkəmizin və dünyanın tarixinin. Bir sözlə bu, əsl xəyalların muzeyi olardı”,- Sankt-Peterburq qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nikolay Burov bildirib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Hulusi Kılıc: "Ermənistan  ya pul verməlidir, ya torpaq"
Son xəbərlər
Bütün xəbərlər »