Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ABŞ senatoruna səfər üçün viza verməyib

Rusiya rəsmiləri amerikalı senator və Respublikaçılar partiyasının üzvü Ron Consona viza verməkdən imtina edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə senatorun rəsmi saytında qeyd olunub.

Bildirilir ki, senator viza müraciətini Konqres nümayəndələrinin tərkibində Rusiyaya səfər etmək üçün edib. Conson baş vermiş hadisəni təhqiredici hal adlandırıb və bildirib ki, bu onun “Rusiya aqressiyasına qarşı həlledici cavab”la bağlı çıxışına əngəl törətməyəcək.

Respublikaçı konqresmen Rusiyadan olan bir qrup rəsmi şəxslərlə, eləcə də ABŞ biznesinin nümayəndələri və “vətəndaş cəmiyyəti təşkilatları” ilə danışıqlar aparmağı planlaşdırırmış.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »