Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin növbəti G7 sammitinə dəvət olunacaq

Rusiya Prezidenti Vladimir Putin növbəti G7 görüşünə dəvət olunacaq.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Amerika lideri izah edib ki, Putinin dəvəti qəbul edəcəyinə əmin deyil. Onun sözlərinə görə, Rusiya lideri — qürurlu insandır, bu səbəbdən özü heç vaxt belə bir xahişdə bulunmaz. Yeri gəlmişkən, iştirakçı ölkələrin görüşü 2020-ci ildə ABŞ-da keçiriləcək, lakin dəqiq məkan hələ müəyyənləşdirilməyib.

...Avqustun 26-da məlum olub ki, Amerika Prezidenti Rusiyanın kluba qayıtmasının məqsədəuyğunluğu ilə əlaqədar həmkarları ilə razılıq əldə edə bilməyib. Trampın mövqeyini yalnız İtaliyanın istefaya gedən Baş naziri Cüzeppe Konte dəstəkləyib, Yaponiyanın Baş naziri Şinzo Abe bitərəf mövqe nümayiş etdirib, Almaniya, Böyük Britaniya, Kanada, Fransa liderləri və Avropa Şurasının rəhbəri Donald Tusk isə Rusiyanın G7-yə qayıtmasının yolverilməz olduğunu bəyan ediblər.

Daha əvvəl bildirilirdi ki, sammitin iştirakçısı olan ölkələrin liderləri Rusiyanı kluba qaytarmaqdan imtina etsələr də, onunla koordinasiyanı gücləndirməyə çağırıblar.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »