Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 28-29 avqust tarixlərində vakansiya seçiminə qatıla bilərlər.

Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək.

Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› İntiar etmək istəyən gənc qızı ustalar ixilas edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
Son xəbərlər
Bütün xəbərlər »