Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sibir pis havanın ümidinə qalıb

Sibir yanğınları böyük faciədir. Almaniyanın “Frankfurter Rundschau” nəşri bu haqda yazıb.

“Rusiyanın şimal-şərqindəki yanğınlar təkcə insanlar yox, heyvanlar və iqlim üçün də faciəvi nəticələr gətirəcək”. Bizimyol.info xəbər verir ki, yazı bu cümlə ilə başlayıb.

Rusiyada qərar verməyə məsul şəxslər nəhəng yanğınları qaçılmaz sayır, daha çox təbiəti günahlandırır. Təbiəti müdafiə təşkilatının mütəxəssisi olan Konstantin Kobyakov isə yanğınların çoxunda insanları günahkar sayır. “Greenpeace” təşkilatının hesabatına görə, Sibir yanğınlarının 90 faizinin suçu balıqtutanların, turistlərin, avtomobilçilərin, kənd sakinlərinin və ya meşəqıranların üzərinə düşür.

“Korrupsiyaya bulaşmış məmurların tayqa ağacları biznesi o qədər yaxşı gedir ki, meşəqıranların daha dərinə getməsi veclərinə deyil”, - jurnalist Ştefan Şoll belə deyir. Ocaqların yaxşı söndürülməməsi, siqaret kötükləri yeni yanğınlar yaradır.

Alman nəşrinin yazdığına görə, yaradılan xüsusi komissiya yanğının vurduğu zərəri az göstərməyə çalışır. Komissiya Evenkiysk rayonunda 900 hektar ərazinin söndürülməsinə biganə qaldı. Bunun üçün cəmi 2 milyon avroya ehtityac vardı. Zərər uzağı 70 min avro olacaqdı. Həmin ərazinin ağacları isə 5 dəfə çox qazanc gətirəcəkdi.

“Greenpeace” təşkilatının eksperti Marina Drozdovskaya deyir ki, MÇS yanğınların söndürülməsində şou xatirinə iştirak edir. Kameraların qarşısında canfəşanlıq edib, sonra vertolyotlara minib gözdən itirlər.

Meşə təsərrüfatının federal agentliyinin hesablamasına görə, ilin əvvəlindən meşə yanğınlarının vurduğu zərər 100 milyon avroya çatıb. Ekoloqların fikrincə, zərər daha böyükdür. Agentlik faunaya və ekosistemə dəyən ziyanı saymayıb. “Greenpeace” təşkilatının başqa bir eksperti Mixail Kreyndlin deyir ki, təkcə Krasnoyarsk vilayətində 300 milyon avrodan söhbət gedir.

Nəşr ümumilikdə 1,1 milyon hektar ərazidə yanğınların davam etdiyini yazır. Ümid yalnız payız yağışlarına və Sibir şaxtasına qalıb.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Hansı halda sərt karantin ola bilər...
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »