Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyir

Gürcüstan Abxaziya və Cənubi Osetiya itkisi ilə barışmaq fikrində deyil. Qonşu ölkə prezidenti Salome Zurabişvili belə açıqlama ilə çıxış edib.

Bizimyol.info xəbər verir ki, Gürcüstanın dövlət başçısı prezidentliyi dövründə ölkənin ərazi bütövlüyünün tam təmin olunmasına böyük ümid bəsləyir.

“Gürcüstanın heç bir hakimiyyəti - nə bugünkü, nə gələcəkdəki - ərazi bütövlüyünün pozulması ilə barışmayacaq. Heç beynəlxalq ictimaiyyət də bu faktı qəbul etmir”, - prezident belə deyib.

Zurabişvili Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə geri qaytarılacağına ümid edir. Prezident bunun ən böyük arzusu olduğunu bildirib.

Gürcüstan bu əraziləri 2008-ci ilin avqustunda itirmişdi. Rusiya Gürcüstanı aqressiyada ittiham edərək respublikaların müstəqilliyinin müdafiəsinə qalxmışdı. Kreml avqustun 26-da həm Abxaziyanın, həm də Cənubi Osetiyanın suverenliyini tanıdığını elan etmişdi.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »