Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur iqtisadçı cinayət törədəcəyini öncədən bəyan etdi

Tanınmış iqtisadçı ekspert Nazim Bəydərmirli ölkədə qanunlarn insan haqlarını müdafiə etməyəcəyi təqdirdə ona külli miqdarda ziyan vurmuş "Avto Qarant" ASC-in idarə heyətinin sədri Rahib Novruzovu özü “dədə- baba qaydası ilə”, oğru dünyasının qanunları ilə cəzalandıracağını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Nazim Bəydəmirli özünün facebook statusunda yazıb:

"Bu adam mənim də 2004-cü ildən səhmdarı olduğum "Avto Qarant" ASC-in idarə heyətinin sədridir..Bir il yarım əvvəl mənim ərizəm əsasında Vergilər Nazirliyinin səyyar vergi yoxlaması başlaması haqqında qərar verilsə də...bir neçə müfəttiş dəyişib və bu "direktorun" dediyinə görə son 3 ildə 200 min manat vergidən yayınma müəyyən edilib..Bu son deyilmiş, Rahib Novruzov adlı bu şəxs deyir ki, ayda xəzinəyə mədaxil olunmadan mənim şərikim (o biri səhmdar) ayda 9500 manat öz cibinə qoyur..

Beləliklə bu adamın faktiki iştirakı ilə 2010-cu ildən 9 il ərzində kassadan yayındırılmış məbləğ ildə 114000 manat, ümumilikdə isə 1 milyon 26 min manat olub...Gəlib ki, mən onun bu prosesdə iştirakını bağışlayım, çünki onun aldığı maaş 320 manat, konvertdə 500 manat olmaqla cəmi 820 manat edib, oğlu da orda 300 manat alırmış.. Beləliklə evinə cəmi 1120 manat mənim də şərikli obyektimdən pul alırmış və ayda 9500 manat oğruluğa göz yummalı olub..Bu pulun 30% mənə çatmalı olduğu halda Xətai rayon məhkəməsinin, polis və prokurorluğun şikayətlərimizi obyektiv araşdırılmaması ucbatından mənə 307800 manat ziyan dəyib..Hal hazırda vergi yoxlaması davam edir, ümid edək ki, həm mənə həm də dövlət büdcəsinə vurulmuş ziyan ödəniləcək...

Bu "RELAX" deyil, ancaq Vergilər Nazirliyinin obyektivliyinin göstəricisidir, onlar bu işi qanunla başa çatdırmasalar, mən gəlirimi uzun müddət oğurlamış adamı "dədə baba qaydası ilə", oğru dünyasının qanunlarına görə cəzalandıracam..Belə olduqca insanlar cinayət törədir!".

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »