İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çinli həmkarı Vanq Yi ilə görüşüb.
APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, görüş iranlı nazirin Çinə səfəri çərçivəsində baş tutub.
Nazirlər Çin və İran arasında siyasi, iqtisadi, mədəni və enerji sahəsindəki əlaqələri müzakirə ediblər.
Birgə Hərtərəfli Fəaliyyət Planının diplomatiyanın vacib uğuru kimi xarakterizə edən Çinin Xarici İşlər naziri Vanq Yi Çinin İranla əməkdaşlıqda qərarlı olduğunu bildirib.
Diplomatlar həmçinin Fars körfəzində, Şimali Afrikada və Latın Amerikasındakı vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Yaponiya və Malaziyaya da səfəri gözlənilir.