Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evakuatorlarla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, inzibati xəta törədən sürücünün avtomobilini cərimə meydançasına aparan Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus evakuatorun sürücüsü özü qaydaları dəfələrlə pozub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizimyol.info-ya bildirib ki, məsələ araşdırılacaq.

Mais Ağayev Mais Ağayev

“Qaydalar hamı üçündür və hər kəs bu qaydalara əməl etməlidir. Məsələ tərəfimizdən diqqətdə saxlanılır və analoji halın təkrarlanmaması üçün zəruri tədbirlər görülür”,-deyə M.Ağayev bildirib.

Qeyd edək ki, dövlət başçısı 2018-ci ildə Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

BNA

Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməlidir.

Ramid İbrahimov

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »