Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrə bu kəndə köçmək istəyən hər adama 20 min avro verir - Foto

Əgər gözəl təbiət qoynunda, dağların zirvəsində yaşamağı, billur kimi saf suları, təmiz havaları sevirsinizsə bu təklif tam sizə görədir.

Bizimyol.info-nun məlumatına görə, İsveçrənin Vale kantonunda yerləşən Albinen kəndinə köçüb ömrünü bu cənnətdə keçirmək istəyənlərə kanton rəhbərliyi 20 min avro təklif edir. Noyabrın 30-da kənddə yaşayan 248 nəfər kəndə yaşamağa və ev tikməyə qərar vermiş hər bir böyük yaşlı insana 25 min, azyaşlıya görə isə 10 min frank verilməsi barədə referendum keçirəcəklər.

3 nəfərlik bir ailə üçün bu 60 min avro vəsait deməkdir.Lakin bəzi şərtlər də var. Burada məskən salmaq istəyən insanın yaşı 45-dən çox olmamalı və kənddə ən az 10 il yaşamalıdır.Səbəb sadədir Albinen urbanizasiya qurbanı olmuş kənddir.Gənclər kəndi tərk edib böyük şəhərlərə üz tuturlar. Kənd məktəbi artıq bağlanıb. Çünki, 8 uşaq getdikdən sonra məktəbdə cəmi 7 uşaq qalıb.

Bütün bu tədbirlər isə məktəbin yenidən açılması üçündür.Hökumət kəndlərin boşalmaması üçün bu kəndlərdəki mağazalarda ərzağı daha ucuz satmaq, nəqliyyatı ödənişsiz etmək barədə də düşünür.

İlhamə

İsveçrə Albinen kəndi

Son xəbərlər
Bütün xəbərlər »