Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu hadisə Ukraynaın tarixinə düşüb – Ana təbii yolla beş uşaq dünyaya gətirdi

2016-cı il iyunun 24-də Ukraynada ölkə tarixi üçün qeyri-adi hadisə baş verdi, 37 yaşlı Odessa sakini Oksana Kobeletskaya təbii yolla 5 əkiz uşaq dünyaya gətirdi.

“USM həkimi uşaqları görüncə məndən çox sevindi. Bu onun təcrübəsində ilk idi. Bizim 3 yaşlı bir qızımız artıq var idi, ikincini istəyirdik, üçüncü, dördüncü, beşinci və hətta altıncı da oldu. Həkimlər üstümüzdə əsirdilər, sanki billur vaza idik. Bizi o şəkildə qoruyurdular”,- deyə ana bildirir.

Beş uşaq 1

Doğuş zamanı anaya bütöv bir həkim briqadası kömək edirdi, onardan ikisi professor idi. Dünyaya gələn 3 oğlan iki qıza Denis, Vladislav, David, Darya və Aleksandra adları verildi.

Bu gün körpələr hamısı sağlam şəkildə böyüyür və ailənin sevincinə sevinc qatır. Maraqlıdır ki, beşizlər doğulana qədər nə ananın, nə də atanın nəslində əkiz doğum faktı olmayıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »