Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litva üçün "nüvə ölümü"

Belarusda tikilməkdə olan atom elektrik stansiyası (AES) Litvanı "nüvə ölümü" ilə üz-üzə qoyur.

"Sputnik Litva" xəbər verir ki, bunu Litva Ali Sovetinin keçmiş sədri Vitautas Landsbergis deyib.

Onun sözlərinə görə, Belarus və Rusiya elektrik stansiyasının təhlükəsizliyinə zəmanət vermir:

"Rusiyada və Belarusda təhlükəsizlik standartları, onların uyğunluğu, yanacaqdoldurma və texniki istismara verilmə tarixləri əvvəlcədən elan edilmir. Onlar üçün təhlükəsizlik ən vacib məsələ deyil".

O əlavə edib ki, qurğunun istifadəyə verilməsi Litva üçün "ölüm" olacaq:

"Yaxınlaşan nüvə, demoqrafik və qlobal istiləşmənin fəsadları Allahın əli kimi hər şeyi gözlənilməz bir məcraya yönəldə bilər".

Qeyd edək ki, "BelAES" atom elektrik stansiyası Vilnüsdən 50 kilometr aralıda yerləşən Ostrovets şəhəri yaxınlığında tikilir.

Tikintinin baş podratçısı Rusiyanın "Atomstroyeksport" şirkətidir.

Plana görə, stansiyanın birinci enerji bloku bu il, ikincisi isə 2020-ci ildə istifadəyə veriləcək.

Litva parlamenti qərar çıxarıb ki, elektrik stansiyası Litvanın milli təhlükəsizliyinə təhdid yaradır.

Belarus isə öz növbəsində, nüvə stansiyasının təhlükəsizlik standartlarına uyğun olacağına zəmanət verir.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »