Bakı sakinindən 18-19-cu əsrə aid olan tüfənglər götürülüb.
"Report" xəbər verir ki, Bakı şəhər sakini 56 yaşlı V.Mirzəyevə Türkmənistandan bağlama göndərilib.
Həmin bağlamaya hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilən zaman oradan 18-19-cu əsrə aid antik əşyalar sırasına aid olan 3 ədəd tüfəng aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.