Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN yanğınlarla bağlı məlumat yaydı

Quba rayonu, Çiçi kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfər şəxsi heyəti, 2 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 1 texnikaı, Şimal Regional Mərkəzinin 10 nəfər şəxsi heyəti cəlb olunub.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın nəticəsində 16 hektar sahədə quru ot və kollar yanıb. Artıq yanğın söndürülüb.

Bundan başqa, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dəniz səviyyəsindən 1900 metr hündürlükdə olan mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğına 1 anfibiya təyyarəsi, 3 helikopter, o cümlədən FHN-in müvafiq qüvvələri cəlb olunub.

Qəbələ rayonun Solquca kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviyasiya Dəstəsinin Mülkü Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin ümumilikdə 235 nəfərlik şəxsi heyəti, 16 texnika, o cümlədən 1 yanğınsöndürən təyyarə və 1 helikopter cəlb olunub.

Ağsu rayonun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümümilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidə fəaliyyətdədir.

Hazırda yaxğınların lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »