Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
56 milyon qazanıb, ilin ən varlısı oldu

Məşhur "Qisasçılar" filmində bir neçə səhnədə rol alan Skarlet Yohanssonın qazandığı pulun məbləği açıqlanıb.

"Forbes" dərgisinin ən çox qazanan aktrialar siyahısında Skarlet birinci yerdə dayanıb. Təkcə "Marvel"in filmindən aktrisa 35 milyon dollar qonorar alıb. Yaratdığı "Qara dul" obrazına görə Skarlet ilin ən bahalı aktrisası ola bilib.

Bir il ərzində isə Skarlet 56 milyon dollar qazanıb. İkinci yerdə aktrisa Sofiya Verqara 44 milyon qazanca qərarlaşıb. Riz Uizerspun isə 35 milyon dollar əldə edərək üçüncü olub.

Siyahıda Nikol Kidman qazandığı 34 milyonla dördüncü, Cennifer Eniston 28 milyonla beşinci, keyli Kuoko 25 milyonla altıncı seçilib. Yeddinci sırada Elizabet Moss 24, səkkizinci Marqo Robbi 23,5, doqquzuncu Şarliz Teron 23 milyonla yer tutub. Siyahının sonuncusu isə 22 milyon dollar qazanan Ellen Pompeyo olub. (Axşam.az)

Son xəbərlər
Bütün xəbərlər »