Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü külək fəsadlar törədib
Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, leysan yağışla müşayiət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik dirəklərinə, o cümlədən elektrikötürücü xətlərə, habelə fərdi təsərrüfatlara ziyan dəyib.

Güclü külək habelə Daşkəsən şəhərində xeyli sayda ağacın budaqlarını qırıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən bərpa işləri aparılır və dəymiş ziyanın nəticələrini aradan qaldırmaq, təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar cəlb olunub.

Son xəbərlər
Bütün xəbərlər »