Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artıq çəkili qadınları təhqir etdi, efirdən uzaqlaşdırıldı

Misirin “Al Hayat” telekanalının tanınmış teleaparıcısı Riham Səid efirdən uzaqlaşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, buna aparıcının artıq çəkili qadınları təhqir etməsi səbəb olub.

Qərarı Misirin Teleradio yayımı üzrə Ali Şurası verib.

Qeyd edək ki, Riham Səid aparıcısı olduğu “Sabaya” verilişində “kök qadınlar öz qadınlıqlarının bir hissəsini itirirlər, onlar həm ailələrinə, həm də dövlətə yük olurlar və onlara baxmaq xoş olmur” fikirlərini səsləndirib.

Son xəbərlər
Bütün xəbərlər »