Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda təhlükəsizlik xidmətinin əməkdaşı güllələndi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirilib.

Bu barədə "Report" erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxt İrəvanda qeydə alınıb. Belə ki, Şenqavit polisinə Ehbaryutrun küçəsindəki mənzillərdən birində kişi meyiti tapılması barədə məlumat daxil olub. Polisin araşdırması məlum olub ki, bu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, 55 yaşlı S.Karqamanyandır. O, odlu silahdan açılan atəşlə qətlə yetirilib. Meyitin yanında "Makarov" markalı tapança da aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər
Bütün xəbərlər »