Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amazon yanğınları: Papa bütün dünyanı köməyə çağırdı

Roma Papası Fransisk Amazonda baş verən meşə yanğınlarının sönməsi üçün hər kəsi dua etməyə çağırıb.

Axar.az xəbər verir ki, Papa bu barədə bazar günü keçirilən ənənəvi dua mərasimi zamanı deyib.

“Biz Amazon meşələrini əhatə edən yanğınlardan narahatıq və dua edirik ki, birlikdə edilən yardımlar sayəsində söndürülsün. Bu “yaşıl ağciyərlər” bütün planet üçün həyati əhəmiyyət daşıyır”, - Papa qeyd edib.

Qeyd edək ki, uzun müddətdir Amazon meşələrində irimiqyaslı yanğınlar davam edir. Braziliya Kosmik Araşdırmalar üzrə Milli Agentliyin məlumatına görə, yanvardan avqusta qədər yanğınlar 1.8 milyon hektar meşə sahəsini məhv edib.

Son xəbərlər
Bütün xəbərlər »