Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsrail heç bir obyektimizi vurmayıb” - İran təkzib edir

İsrail ordusunun hücumu nəticəsində Suriyadakı İran obyektlərinə ziyan dəyməyib.

Virtualaz.org bildirir ki, bunu İran Siyasi Məşvərət Şurasının katibi, SEPAH-ın eks-komandanı Möhsün Rezayi deyib.

“Bu məlumat yalandır və həqiqəti əks etdirmir. ABŞ və İsrail İranın müxtəlif obyektlərinə zərbə vuracaq qədər gücə malik deyillər. Bizim qüvvələrimiz zərər görməyib”, - deyə Rezayi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında İsrail aviasiyası Dəməşqdə bir sıra obyektlərə zərbələr endirmişdi.

İsrail ordu rəhbərliyi zərbələrin İran ordusunun Dəməşqdəki obyektlərinə endirildiyini bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »