Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yas mərasimində ev uçdu, səkkiz nəfər yaralandı
Xəstəxana

İsmayıllı rayonunda yas mərasimində ev uçub.

Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi zamanı iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb.

Dağıntı zamanı səkkiz qadın müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yüngül bədən xəsarəti almış qadınların hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
››› İranda koronavirusdan ölənlərin sayı artıb
››› Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı - Foto
››› İranla sərhəddə zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »