Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadəni cangüdənləri qarət etdi: Qumarda udduğu pullar əlindən alındı

Kiprin Girne şəhərindəki bir oteldə qumar oynayan və 198 min 500 dollar udan Bəhreyn şahzadəsi İsmayıl Hüseyn Əkbər pulunu transfer etməyi tapşırdığı adamları tərəfindən soyulub. Kipr polisi 3 ərəb dələduzdan birini Cənubi Kıprin sərhədində yaxalayıb.

Musavat.com xəbər verir ki, şahzadə Girne şəhərində 5 ulduzlu bir oteldə qumar oynayıb. Rulet başda olmaq üzrə bir çox oyun masasında qumar oynayan şahzadə Əkbər gecənin sonunda 198 min 500 dollar qazanıb. Şahzadə onu otelə gətirən 3 adamına da pulun transferi ilə bağlı tapşırıq verib. Əkbər ölkəsinə qayıtdığı halda, pul transferi ilə təlimatlandırdığı adamları Girnedə qalıb. 3 dələduzdan 2-si şahzadəyə pulunu çatdırmaq yerinə əllərindəki nəğd pulla KKTC-dən gediblər.

Şahzadə Əkbərin “qarət olundum” müraciəti polisə keçən ay daxil olub. KKTC maliyyə polisi şahzadənin öz adamlarına pulu necə verdiyini və 198 min 500 doların qanuna zidd şəkildə (10 min avro və ona bərabər miqdarda nəğd pulun transferi ilə bağlı icazə alınmalıdır) KKTC xaricinə necə çıxarıldığını araşdırmağa başlayıb.

KKTC sərhədləri içində qalan şübhəlilərdən Fadi el Xoru üç gün əvvəl sərhəddən qaçmağa çalışarkən yaxalanıb. Polis şübhəli Fadi Əl Xorunun cib telefonundan digər şübhəlilər İ.M. və İ.Ç. ile mesajlaşma və danışıqlarını da araşdırmağa başlayıb. Girnedə bir gün öncə məhkəməyə çıxarılan Fadi əl Xoru həbs olunub.

DƏLƏDUZLAR YAXIN ÇEVRƏSİNDƏNDİR

Mövzu üzrə mütəxəssislər bildirir ki, KKTC-də kazino sektorunda Orta Şərq bazarı önəmli yer tutur. Amma hər hansı bir qumarxana kassasından pul onu qazanan şəxs xaricində başqa şəxslərə verilə bilməz.

Kazinonun önəmli hissəsi ərəb ölkələrinə bazarlama və təqdim etmə fəaliyyətlərini öz işçiləri vasitəsilə həyata keçirir. Amma sektorda Jankeeteer (digər adı ilə ‘cankıt’ demək olar) adı verilən və gətirdikləri müştərinin itirdiyi miqdar üzərindən faiz alan vasitəçilər də fəaliyyət göstərir.

Ərəb müştərilərin kazino seçimlərində yaxın çevrələrinin tövsiyyələri önəmli yer tutur. Son hadisədə Bəhreyn şahzadəsinin etibar etdiyi və pulunu əmanət etdiyi yaxın çevrəsi tərəfindən aldadıldığı qeyd edilir.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »