Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda şadlıq evində yanğın olub
Sumqayıtən 17-ci mikrorayonunda yerləşən "Nur" şadlıq sarayında baş vermiş yanğın söndürülüb.

Hazırda ərazidə soyutma işləri aparılır.

Yanğının mətbəxin tüstü bacasından başladığı bildirilir. Bu səbəbdən də alov daha çox binanın damını bürüyüb.

***

Sumqayıtda yanğın baş verib.

Hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş və yanğın da mətbəxin bacasından başlayıb. Binada olan bütün toy iştirakçıları təcili təxliyyə olunub.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.(apa)

Son xəbərlər
Bütün xəbərlər »