Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı futbolçunun itkin düşməsiylə bağlı xəbər yayıldı

Bakıda gənc oğlan itkin düşməsiylə bağlı xəbər yayılıb.

Trend-in yaydığı məlumata görə, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib. P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Pilağa Mehdiyevdən gedir. Məsələ ilə bağlı sayta açıqlama verən futbolçunun atası Radil Mehdiyev oğlunun evdə olduğunu bildirib. Pilağanın özü də əməkdaşımızla söhbətində yayılan xəbərin həqiqəti əks etdirmədiyini qeyd edib.

Qeyd edək ki, "Neftçi", "Qarabağ" kimi klubların əvəzedicilərində çıxış etmiş Pilağanın son klubu birinci divizonda mübarizə aparan "Ağsu" komandası olub.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »