Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səbail" "Sumqayıt"a böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

"Report" xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:0.

Qarşılaşmada hesabı 10-cu dəqiqədə penaltidən Ağabala Ramazanov açıb. 51-ci dəqiqədə isə Şəhiryar Rəhimov fərqlənib. Matçın 69-cu dəqiqəsində Ramazanov dublunu rəsmiləşdirib.

90+5-ci dəqiqədə "Sumqayıt"ın heyətində Əmir Ağayev penaltidən yararlana bilməyib.

Beləliklə, xalını 6-ya çatdıran "Səbail" 1-ci pilləyə yüksəlib. Növbəti sıralardakı "Qarabağ" və "Sumqayıt"ın 3 xalı var.

Qeyd edək ki, II tura bazar günü keçiriləcək "Sabah" - "Keşlə", "Qarabağ" - "Qəbələ" və avqustun 26-da reallaşacaq "Zirə" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər
Bütün xəbərlər »