Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus polislərin qazax qadına qarşı iyrəc əməlləri

Rusiyanın Yekaterinburq şəhərində post-patrul xidmətinin üç əməkdaşına qarşı cinayət işi açılıb. İstintaqın versiyasına əsasən, polis əməkdaşları 21 yaşlı qızı xidməti "UAZ" markalı avtomobildə zorlayıblar.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına əsasən, polisləri DİN əməkdaşları saxlayıblar.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə əsasən, idarəyə daxil olan məlumatı dəqiqləşdirmək üçün əraziyə əməkdaşlar cəlb edilib. Volk qeyd edib ki, günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və sistemdən uzaqlaşdırılacaqlar

Cinayət hadisəsi 18 avqust tarixində baş verib. Polis əməkdaşları saunadan çıxan intim xidmət göstərən qızı saxlayıblar. Qadın rus vətəndaşlığı olmayan Qazaxıstan sakinidir. Mənbənin sözlərinə əsasən, polislər qızı "UAZ"a mindirərək hədələyiblər və zorlayıblar.

Son xəbərlər
Bütün xəbərlər »