Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Restoranların ən çox pul qazandığı rayonlar
restoran

Bu ilin yanvar - iyun aylarında Azərbaycanda restoranlarda 685 mln 931 min manat xərclənib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3.6% artıqdır.

Ölkə restoranlarının ümumi dövriyyəsinin 70% yə yaxını və 478 mln 071 min manatı Bakı restoranlarının payına düşüb.

Fins.az xəbər verir ki, paytaxtdan sonra ikinci ən çox restoranlarda pul Gəncədə xərclənib. Belə ki, Gəncədə bu ilin birinci yarısında iaşə obyektlərində 17 mln 962 min manat xərclənib.

Ölkə üzrə rüstoranları ən çox pul qazanan 3 cü şəhər isə Sumqayıt olub. Bu şəhərdə iaşə obyektlərində 6 ay ərzində 17 mln 713 min manat sərf edilib.

Azərbaycanda əhalininin restoran və kafelərdə ən az pul xərclədiyi rayonlar isə Fizuli (9.3 min manat), Ağdam (33,2 min manat), Daşkəsən (196,3 min manat) olub. Ötən ilin birinci yarısı ilə müqayisədə bu il ən çox artım Ağstafanın payına düşüb 35,2%.

Azərbaycanda turizm bölgələrində iaşə obyektlərində xəcrlənən pullara gəlincə isə burda vəziyyət belədir.

Qəbələ - 8 785,0 min manat

Xaçmaz - 4 485,7 min manat

Quba - 4 789,4 min manat

Lənkəran - 4 683,9 min manat

Qusar - 3 353,0 min manat

Şəki - 2 608,5 min manat

İsmayıllı - 1 888,0 min manat

Lerik - 1 579,9 min manat

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› "Eldar Mahmudov azadlığım üçün 50 min dollar istədi"
››› ABŞ “Petriot”ları İran dronları qarşısında aciz qalır
››› “Qalatasaray” dünən həbsdən çıxan futbolçunu transfer etmək fikrinə düşüb
››› “Qalatasaray”ın futbolçusu adını heyətdə görməyincə özündən çıxdı
Son xəbərlər
Bütün xəbərlər »