Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onun ağızını, burnunu vurub əzmək lazımdır, vəssalam!"

Rasim Balayev: "Paşinyan hər dəfə Qarabağa gələndə özümü alçalmış hiss edirəm"

"Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə Qarabağa səfər edəndə özümü alçalmış kimi hiss edirəm. Adamın milli heysiyyatına toxunur. Onun cavabı verilməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, görkəmli aktyor Rasim Balayev bildirib.

Rasim Balayev deyib ki, Nikol Paşinyan Azərbaycan torpaqlarında özünü çox sərbəst aparır:

"İstədiyi vaxtı Azərbaycan torpaqlarına gəlib-gedir, özünü sanki həmin torpaqların sahibi kimi aparır. Nə qədər ki, onun bu cür əməllərinə susqun dayanacağıq, ermənilər üzərimizə gəlməyə daha da ürəylənəcək. Artıq Paşinyana layiqli cavab verməyin vaxtı çatıb. Onun ağızını, burnunu vurub əzmək lazımdır, vəssalam! Mən siyasətçi deyiləm, amma bir şeyi yaxşı bilirəm ki, Paşinyanın layiqli cavabını vermək lazımdır. Yəni, bu cavabı dövlət səviyyəsində, müharibə ilə vermək lazımdır. Nə qədər ki, ermənilərin cavabı verilməyib, onlar üzərimizə daha çox gələcəklər".

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »