Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aldığı qarpız yaxşı çıxmadı deyə satıcını bıçaqladı

Türkiyədə qəribə cinayət hadisəsi baş verib.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyənin Adana şəhərində yaşayan orta yaşlı kişi qarpız satan gənci bıçaqlayıb.

Onlar arasında qarpız üstündə mübahisə düşüb. Kişi 19 yaşlı satıcı Muhammet Ali Çeliyi bıçaqladıqdan sonra hadisə yerini tərk edib.

Ağır yaralanan Muhammet Ali Çelik xəstəxanaya yatırılıb. Onun vəziyyəti normaldır.

Xəstəxanada özünə gələn gənc ifadəsində bildirib ki, onu bıçaqlayan kişi qarpızın balqabaq çıxdığını iddia edib, sonra da dəyişdirmək istəyib. İkili arasında mübahisə yaranıb, bıçaqlanma ilə bitib.

Son xəbərlər
Bütün xəbərlər »