Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildirib
Donald Tramp və Şi Cinping

ABŞ Çindən idxal edilən məhsullara gömrük rüsumlarını artırmasına baxmayaraq, bu ölkə ilə ticarət sahəsində danışıqlara hazırdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp Fransaya, G7 sammitində iştirak etmək üçün yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

ABŞ lideri mətbuat nümayəndələrinin Çinə qarşı tariflərin sərtləşdirilməsinə baxmayaraq bu ölkə ilə danışıqlara hazır olub-olmaması barədə sualına "Bəli, mən hər zaman danışıqlara hazıram", - cavabını verib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırmasına cavab olaraq Birləşmiş Ştatların Çindən idxal etdiyi mallara rüsumları artırmaq qərarı haqqında bildirib.

Paylaş »
››› Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müsəlman ata xristianlığı qəbul edən qızını yandırıb
››› Azərbaycanda icra başçısı sahədə kartof yığıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »