Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İvanişvili Tbilisidə erməni teatrı tikir

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının lideri, ölkənin keçmiş baş naziri Bidzina İvanişvili Petros Adamyan adına Tbilisi Dövlət Dram Teatrının tikintisini maliyyələşdirir.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə teatrın bədii rəhbəri Armen Bayanduryan məlumat verib.

Bildirilir ki, Tbilisidəki köhnə teatr binası 2018-ci ildə sökülüb. Əvvəlcə onun bərpası planlaşdırılıb, amma o qədər bərbad vəziyyətə düşübmüş ki, layihə müəllifləri onu sökərək eyni yerdə yeni bir teatr tikməyə qərar veriblər.

“Yeni teatrın tikintisi təxminən 18 milyon dollara başa gələcək. Gürcüstanın keçmiş baş naziri, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının lideri Bidzina İvanişvili “Kartu” fondundan vəsait ayıraraq maliyyələşməni tamamilə öz üzərinə götürüb”,-deyə Bayanduryan bildirib.

Onun sözlərinə görə, artıq təməl qoyulub, karkas düzəldilib. İnşaat işlərinə 40 işçi, müasir avadanlıq cəlb edilib, ən yaxşı tikinti materiallarından istifadə olunur.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »