Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani İran rialından dörd sıfrı kəsmək istəyir

İran prezidenti Həsən Ruhani ölkənin milli valyutası olan rialdan dörd sıfrı kəsəcək qanun layihəsini parlamentə göndərib.

APA “voice america”ya istinadən xəbər verir ki, İranın xəbər agentlikləri Ruhaninin bu qanun layihəsini parlamentin təcili olaraq nəzərdən keçirməsini istədiyini bildirir.

Qeyd edək ki, İran rialının dəyəri ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Tehran və dünya güclərinın daxil olduğu nüvə sazişindən çıxması və İrana yeni sanksiyalar tətbiq etməsindən sonra kəskin şəkildə düşüb.

Bu addım milyardlarla dollarlıq ticarət sövdələşmələrinin dayanmasına səbəb olub və İranın xam neftinin xaricdə satışına əngəllər törədib.

Xatırladaq ki, avqustun 21-də 1 ABŞ dolları 116 500 rial olub. 2015-ci ildə, nüvə anlaşması zamanı isə 1 dolların qiyməti 32,000 rial idi.

Aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) İran iqtisadiyyatının bu il 6 faiz kiçiləcəyini və ABŞ sanksiyalarının təsirindən ölkədə inflyasiyanın 40 faizə çatacağını bildirib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »