Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
194 ölkənin axtardığı partiya lideri İsraildə tapıldı
İnterpol

Moldova hökuməti tərəfindən beynəlxalq axtarışa verilən deputat İlan Şor İsraildədir.

Virtualaz.org bildirir ki, bu barədə “İnterpol”un Moldovadakı nümayəndəsi Viorel Çentiu məlumat verib.

“Məlum olub ki, İlan Şor hazırda İsraildədir. Onu “İnterpol” kanalı ilə axtarırlar. Əgər Şor harasa getmək istəsə, həbs olunacaq və Moldovaya ekstradisiya olunacaq”, - Çentiu bildirib.

Onun sözlərinə görə Şoru 194 ölkədə axtarırlar.

Bundan öncə Şora qarşı ölkəni qanunsuz tərk etməsi faktı ilə əlaqədar cinayət işi açılıb. Onun ölkəni tərk etməsinə qadağa 2017-ci ildə qoyulub.

Şor ölkənin ən nüfuzlu siyasətçilərindən biridir. O, Şor Partiyasının sədridir. Bu partiya ölkənin ən nüfuzlu dördüncü partiyası sayılır. Şor həmçinin məşhur rusiyalı müğənni Jasminin həyat yoldaşıdır.

Paylaş »
››› Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama
››› "Kamaz" yolun kənarında dayanmış "Mercedes"i əzib keçdi - Video
››› “Azərenerji” rəhbəri Baba Rzayevin kabinetinə cadu edildi - Video
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› Övladını itirən əməkdar artist danışdı: "Onun da mənim kimi ruhu ağrısın" - Video
Son xəbərlər
Bütün xəbərlər »