Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı

Dağıstanda kənd icra strukturunun rəhbərinin müavini inanılmaz saxtakarlığa əl atıb. O, pasportda yaşını 34 il artırıb.

Bizimyol.info xəbər verir ki, dağıstanlı məmur pensiya almaq üçün bu saxtakarlığa gedib. Dağıstan respublikasının Levaşinsk rayon prokurorluğu bununla bağlı məlumat yayıb.

Adı açıqlanmayan məmur pasportda yaşını 62 göstərib. Halbuki cəmi 28 yaşı var. Məmur özünə saxta əmək kitabçası da düzəltdirib. Əmək kitabçasında onun 1985-1996-cı illərdə kolxozda işlədiyi yazılıb.

Kişi 2018-ci ilin əvvəlindən pensiya almağa başlayıb. Bu müddətdə dövlətə 155 min rubl (təxminən 2500 dollar) ziyan vurub.

Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Məmura saxta sənədləri düzəltməyə kömək edənlər də məsuliyyətə cəlb olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »