Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anası tərəfindən zəncirlənən oğlan uşaq evinə verildi

Nəsimi rayonunda anası tərəfindən zəncirlənərək evdə saxlandığı bildirilən 9 yaşlı oğlan Suraxanı rayonunda 2 saylı uşaq evinə yerləşdirilib.Onun həmin təlim tədris mərkəzində psixiatrdan müalicə alması məsləhət bilinib.

Xatırladaq ki, bəzi yerli saytlarda Nəsimi rayonu, Cavadxan küçəsi bina 56-da azyaşlı oğlan uşağının ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsi barədə material yayılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə reaksiya göstərib və Nəsimi RPİ İctimai təhlükəsizlik şöbəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə fakt üzrə toplanan materiallar prokurorluğa təqdim edilib. Məhkəmə qərarı əsasında azyaşlı internata verilib.

Uşağın xalası Aygün İsmayılova Bizimyol.info saytına bildirib ki, mətbuatda azyaşlıya əziyyət verilməsi barədə gedə xəbərlər yalandır.

“Anası Şahanə İsmayılova təkbaşına 3 oğlan uşağı böyüdür. Kafelərdən birində qabyuyan işləyir. Alnının təriylə, üzğalığı ilə övlad böyüdür. Niyə ona əziyyət vermək istəsin ki? Sadəcə anasını atası uşağın gözü qarşısında döyüb, o da psixi travma alıb. İndi öhdəsindən gələ bilmirik, biz bacarmrıq. Biz evdə olanda özümüz nəzarət edirik, biz işə gedən kimi qapını, pəncərənin dəmir torunu qıraraq çıxır küçəyə. Ya qonşulara söyür, ya da avtomobil yollarına çıxıb özünü maşınların altına atır. Hamıya təhlükə yaradır. Evdən pul oğurlayıb içki alır, siqaret alır. Məcbur olduq, belə eləməyə. Uşaq evinə həmişəlik verməmişik, gedib götürəcəyik, amma hələ psixiatrdan müalicə alsın”.

Sosial işçilər əlbəttə bu halda uşağın internatda deyil, ailədə böyüməli olduğunu söyləyəcəklər. Lakin bu uşağın anasına faktiki olaraq dəstək lazımdır. Həmin azyaşlı nəzarətsiz qaldığı anlardan birində avtomobil yolunda hansısa qəzaya səbəb olub, həyatını itirməkdən və ya hansısa sürücünün həyatını qaraltmaqdansa müalicə alıb normal həyatına dönməsi yaxşı olar. Eşitmədən, bilmədən hər şeyə tənqidi baxanlar isə məsələyə öz pəncərələrindən yox, o vəziyyətdə olan insanın yerindən durub baxsalar yəqin ki, fikirləri dəyişər. Qıraqdan baxana müharibə asan görünər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »