Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşayış kompleksinin sakinlərdən şok iddia: Suda bağırsaq çöpləri var
Bakıda yerləşən “Panorama Park” yaşayış kompleksinin sakini içməli su problemindən şikayətçidir. Şikayətçi suda bağırsaq çöplərinin aşkarlandığını deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə həmin kompleksdə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, suyun çirkli gəlməsi ilə əlaqədar "Azərsu” ASC-yə müraciət ediblər.

“4 il əvvəl “Alians Development and Construction”ın layihəsi olan “Panorama Park” yaşayış kompleksindən mənzil almışıq. 2 il gecikmə ilə bu ilin aprel ayında sakinlərin etirazı nəticəsində kompleksə sakinlər köçüblər”,-deyə sakin bildirib.

Şikayətçi binalara verilən suyun fotolarını təqdim edərək, vəziyyətin çox acınacaqlı olduğunu bildiriblər: “Aylardı bu sudan istifadə etmək məcburiyyətindəyik”.

Bina sakinləri müvafiq qurumlara şikayət etdikləri bildiriblər.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bizimyol.info-ya bildirilib ki, yeni tikililərin anbarlarına “Azərsu” xidmət etmir: “Vətəndaşlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etməlidir”.

Məsələ ilə bağlı “Panorama Park” yaşayış kompleksinə ([email protected]) informasiya sorğusu göndərilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »